Lizinq / Kredit ilə satılan obyektlər
Lizinq ilə avtomobillər, texnika, avadanlıqlar və daşınmaz əmlak
Baxmayaraq ki, qlobal maliyyə krizisi respublika sahibkarlarına o qədər də güclü təsir göstərməyib, lizinq / kredit obyektlərindən istifadə edən və aylıq ödənişi həyata keçirməyə çətinlik çəkən yerli şirkətlərin və fiziki şəxslərin sayı getdikcə artır. Nəticədə, yerli kredit təşkilatlarının balansında olan avtomobillərin, texnika və daşınmaz əmlakın sayı get-gedə artır, onların satışı ilə çətinliklər yaranır. Digər tərəfdən, kredit prosedurlarının sərtləşdirilməsi bir çox maraqlı şəxslər üçün borca verilən resursların alınmasını məhdudlaşdırıb.
Bunu nəzərə alaraq, «Unileasing» lizinq şirkətinin təşəbbüsü ilə RESALE.az ictimai layihəsinə start verilmişdir.
Layihənin əsas məqsədi lizinq ya da kredit obyektlərinin satıcı və alıcıları üçün vahid məkanın yaradılmasıdır. RESALE.az çərçivəsində istənilən fiziki və ya hüquqi şəxs avtomobil, daşınmaz əmlak, texnika, avadanlıq və s. kredit/lizinq obyektlərinin alınıb-satılması haqqında məlumatı www.resale.az saytında PULSUZ olaraq yerləşdirə bilər. Potensial alıcılar isə onlara lazım olan obyektləri ötən illərin kredit şərtləri üzrə əldə etmək imkanını almışlar.
RESALE.az maraqlı olan bütün şəxslərə layihənin gündəlik xəbərlərinə - məlumatlar bazasının yenilənmasinə e-mail vasitəsilə abunə olmağa imkan yaradır. Bundan əlavə, yaxın vaxtlarda layihənin xəbərlərinin gündəlik olaraq SMS vasitəsilə göndərmə (yalnız Azercell abonentləri üçün), eləcə də layihənin çap versiyasının aylıq poçt vasitəsilə xəbər göndərmə xidməti fəaliyyətə başlayacaqdır. Bundan əlavə bir sıra digər yeniliklərin həyata keçirilməsi planlaşdırılır.

